Belçikanın paytaxtı Brüsseldə baş tutan Avropa Birliyi (AB) Liderlər sammitində Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılması haqda qərar qəbul edilib.
Avropa Şurasının sədri Donald Tusk Brüsseldə təşkil edilən sammitdə AB liderlərinin Krım və Şərq Ukraynanı işğal edən Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadılması haqda razılığa gəldiklərini açıqlayıb.
Tusk razılaşma haqda rəsmi Twitter hesabında məlumat yayıb: “Razılaşma əldə etdik. AB Minsk müqaviləsinə əməl etmədiyinə görə Rusiyaya qarşı iqtisadi sanksiyaları daha 6 ay uzatdı”.
azadliq.info
Oxunub: 208