Türkiyənin Ərzurum şəhərində Ömər Murat adlı şəxs yaşadığı binanın 4-cü mərtəbəsindən atəş açaraq həyətdə oynayan iki azyaşlı uşağı yaralyıb. 4 və 6 yaşlarındakı hər iki uşaq dərhal xəstəxanaya çatdırılıb.
27 yaşlı Ömər Murad hədəfinin uşaqlar olmadığını bildirib: “İftar vaxtı canım sıxıldı, tapança ilə atəş açmaq istədim. Uşaqlara yox, divardakı kola şüşəsinə atəş açdım”.
Uşaqları yaralayan şəxsin həbs edildiyi bildirilir.
azadliq.info
Oxunub: 498