BMT baş katibi Antoniu Quterreş rusiyalı diplomat Vladimir Voronkovu özünə müavin təyin edib.
Rusiyanın Vyanada beynəlxalq təşkilatlar üzrə təmsilçisi, 30 illik iş təcrübəsi olan Voronkov bundan sonra BMT-nin nəzdindəki terrora qarşı mübarizə idarəsinə rəhbərlik edəcək.
Antoniu Quterreş bildirib ki, Voronkov qurumda terrorizm, narkotik və cinayətkarlığa qarşı mübarizədə bir neçə uğurlu layihənin təşəbbüskarlarından olub.
Gültəkin
Oxunub: 220