Ukrayna prezidenti Petr Poroşenko bəyan edib ki, Ukrayna Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili ilə bağlı hər hansı araşdırma aparmaq niyyətində deyil.
“Birincidi, Ukrayna vətəndaşlarının fəaliyyətini kiminləsə araşdırmaq istəmirəm. İkincisi, Saakavilinin ölkəmdəki fəaliyyətinə qiymət vermək ideyasını qəbul etmirəm. Çünki onu Odessa vilayətində islahatları tətbiq etməyə çağırmışdım”, – deyə Poroşenko Brüsseldə Saakaşvili ilə bağlı verilən sualına cavab verərkən bildirib.
“Saakaşvilinin Ukraynada nə etdiyini bilmirəm, o mənə kömək etmək üçün çağırılmışdı, ancaq təəssüf ki, nəticələri görürsünüz”, – Poroşenko qeyd edib.
Fizzə
Oxunub: 416