Azərbaycanlı investorlar Gürcüstanda 1 milyon 5oo min dollar itirib. Onlar gürcü tərəfdaşlarını pullarını mənimsəməkdə ittiham edirlər. İşlə bağlı 3 ildir araşdırma gedir.
Azərbaycanlı iş adamlarına bildiriblər ki, pulu onlara qaytara bilməzlər. Çünki ondan torpaq almaq üçün istifadə ediblər.
Bu ərazi Gigi Uqulavanın işində prokurorluğun şahidi olan Georgi Kanapadze və İlya Kokaya məxsusdur. Azərbaycanı iş adamlarının sözlərinə görə, məhz bu adamıar onların tərəfdaşlarını himayə edir.
“Hüquq mühafizəçilərin islahatı mərkəzi” qeyri-hökumət təşkilatının üzvü Vaxtanq Beridze bəyan edib ki, Kanapadze və Kokayanın himayə edən keçmiş baş prokuror Otar Partsxaladzedir.
Torpağın sahibləri məsələni şərh etmir.
Azərbaycanlı iş adamları hesab edib ki, tərəfdaşlarının himayədarları olmasaydı, pullarını çoxdan alardılar.
Fizzə
Oxunub: 212