Azərbaycan Hesablama Palatası cari ilin Dövlət Büdcəsinə dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsini müzakirə üçün parlamentə göndərilməsini tövsiyə edib.
Bununla bağlı müzakirələr parlament nəzarəti ali orqanının iclası gedişində aparılıb. Maliyyə naziri Samir Şərifovun Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq üzrə Komitəsinin iclasında qanun layihəsinin müzakirəsi zamanı bildirdiyi kimi, Azərbaycanın cari ilə Dövlət Büdcəsinə yenidən baxılması bank və maliyyə sisteminin sabitliyini təmin etmək zərurətindən irəli gəlir. Digər səbəblər arasında nazir həmçinin ölkənin daxili və xarici öhdəliklərinin tənzimlənməsi zərurətini göstərib.
Əsas fiskal qanununa yenidən baxılması çərçivəsində Azərbaycan Beynəlxalq Bankının (ABB) avrobond buraxması üçün xarici borcalmaların yuxarı həddini 4,5 mlrd. manata qədər artırmaq planlaşdırılır.
Xərclərin artması həmçinin Azərbaycan Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Dövlət Neft Şirkəti üçün əlavə vəsaitin ayrılması ilə bağlıdır. Bundan əlavə, Azərbaycan Mərkəzi Bankının xarici borclarının yenidən strukturlaşdırılmasına dövlət təxminən 4 mlrd. manat ayıracaq.
Oxunub: 994