ABŞ 2020-ci ilə qədər sıxılmış təbii qaz ixracatçısı olaraq qlobal bazara daxil olmaq niyyətindədir.
Bu barədə məlumat “Ağ Ev”in saytında yer alıb. Məlumata görə, 2016-cı ildən 2040-cı ilə qədər ABŞ təbii qazının satışından federal büdcənin gəlirlərini 118 mlrd. dollara qədər artıra bilər.
“ABŞ-ın “qaz inqilabı” sıxılmış təbii qaz ixracatçısı kimi ölkəmizin qlobal oyunçuya çevrilməsinə gətirib çıxaracaq”, – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, 1953-cü ildən indiyədək ABŞ təbii qazın xalis idxalçısı olub.
Oxunub: 156