“Avropa Gürcüstanı” Gürcüstanın qanunverici orqanında jurnalist Əfqan Muxtarlının işi ilə bağlı istintaq komissiyasının yaradılması məsələsinin qaldırmaq niyyətindədir. Partiyadan bəyan ediblər ki, Gürcüstanın istintaq orqanlarına cəmiyyətin inamı itib və bu səbəbdən də müstəqil istintaq orqanının yaradılması vacibdir.
“Hüquq mühafizə orqanlarına inam yoxdur, onları özləri bu biabırçı işdə iştirak ediblər. Bu məsələnin müzakirə edilməsi üçün əlimizdən gələni edəcəyik”, – deyə partiya nümayəndəsi Sergi Kapanadze bildirib.
“Vahid Milli Hərəkat” da hökuməti cinayəti ört-basdır etməkdə günahlandırır.
“İndi onlar ya cinayəti yumşaltmağa,ya da ümumuyyətlə unutdurmağa çalışırlar. Ancaq heç kim məsuliyyətdən qaça bilməyəcək”, – bu sözləri partiya nümayəndəsi Roman Qotserindze deyib.
Fizzə
Oxunub: 610