Moskvada xalqların “böyük dostluğu” başladı
Xanım birinci vitse prezident və birinci ledi dedi ki, o, Azərbaycan xalqının ermənilərlə düşmənçiliyi davam etdirməsinə yol verməyəcək! Bunu hətta əzmlə, nida işarəsilə, yəni həyəcanla dedi. Üstəlik, o adama dedi ki, həmin adam həmin sözü dərhal həm ictimaiyyət üçün açıqladı, həm də yerli-yataqlı, hansı kontekstdə, necə deyildiyini Moskvaya gedən kimi Putinə nağıl eləyəcək. Bu daha geniş şərh tələb edən hadisədir.
Birinci vitse prezident xanım bu sözləri sərt və əzmli bir şəkildə hecalayandan sonra Moskvada onun əks-sədası restoran divarlarını da titrətdi. Moskvada «Bakinskiy Dvorik» adlı bir restoranlar şəbəkəsi var. Şəbəkəyə 5-6 yaxşı, xudmani, elitar restoran daxildir. Doğrudur, indi vəziyyəti o qədər də yaxşı deyil, amma Bakıda birinci vitse prezident xanımın ermənilərə belə sülhpərvər reverans etməsindən həmin restoranın sahibinin böyük ümidləri yaranıb. Restoranın sahibi İlyas adlı bir Bakılıdır. Bəziləri deyir ki, yəhudidir. Güman etmək olar ki, ölkənin siyasətçi xanımının sözlərindən maksimum faydalanmaq üçün öz restoranına maraqlı repertuar yükləyib. Deməli, həmin Bakinskiy Dvorik şəbəkəsi, birinci xanımın “mən yol vermərəm ki, azərbaycanlılarla ermənilər düşmən olsunlar” sözlərindən dərhal sonra erməni əslilli şanson Bokanın konsertini təşkil edib.
Azadliq.info
Oxunub: 1354