ABŞ Bəşər Əsədə növbəti dəfə xəbərdarlıq etdi
Ağ Ev Suriya rejiminin növbəti dəfə kiməyvi silahdan istifadə etməyə hazırlaşdığını bildirib.
Bu haqda Ağ Ev-in sözçüsü Sean Spicer açıqlama verib. O, bunu sübut edən dəlillərə malik olduğunu bildirib:
“Əsəd rejimi tərəfindən reallaşdırılacaq kimyəvi hücum, yəqin ki, kütləvi insan təlafatı ilə nəticələnəcək. Daha əvvəl də bildirdiyimiz kimi, ABŞ İraq və Suriyada İŞİD-i məhv etmək üçün mövcuddur. Ancaq Əsəd, kimyəvi silah istifadə edərək növbəti dəfə kütləvi insan qırğınına səbəb olsa, o və ordusu ağır nəticələrlə qarşılaşacaq”.
azadlıq.info
Oxunub: 454