“ABŞ-ın təhdidləri qəbul edilə bilməz”
Bunu Kremlin sözçüsü Peskov, ABŞ-ın Əsəd rejiminin yeni kimyəvi hücuma hazırlaşdığı haqda xəbərdarlığından sonra jurnalistlərə açıqlamasında bildirib. Peskov əllərində Əsəd rejiminin kimyəvi hücuma hazırlaşdığı haqda kəşfiyyat məlumatları olmadığını deyib:
“ABŞ-ın nəyə əsaslanaraq belə bir xəbərdarlıq etdiyini bilmirik. Əlimizdə yeni hücuma hazırlıqla bağlı heç bir dəlil yoxdur. Qanuni Əsəd rejiminə istiqamətli bu təhdidlər qəbledilməzdir”,-deyə bildirib.
ABŞ-ın xəbərdarlığının ardından Əsəd Rusiyanın Lazkiyədə yerləşən hərbi hava bazasını ziyarət edib.
Əsədi Hmeymim hava bazasında Rusiya baş qərargah rəisi Valeriy Gerasimov qarşılayıb.
azadliq.info
Oxunub: 922