10 mərtəbəli binanın tikintisi üçün təkliflər iyunun 20-dək təqdim olunmalı idi – yeqin təkliflər artıq hazırdır. Fövqəladə hadisə baş verməsə yaxın günlərdə tenderin nəticələri elan ediləcək.
Ən maraqlısı budur ki, hələlik inzibati binanın hansı ərazidə tikiləcəyi də bəlli deyil. 2008-ci ildə ölkəyə böyük neft dolları axının pik həddə çatdığı və neftin qiyməti isə kəllə-çarxa qalxıdığı vaxtda (2008-ci ilin birinci yarısında neft 147 dollara qədər bahalaşmışdı) nəqliyyat naziri Ziya Məmmədov bəyanat vermişdi ki, Bakıda çoxsaylı körpülər tikiləcəyi planlaşdırılsa da, körpülərin tikiləcəyi ərazilər hələ müəyyən edilməyib.
Təbii ki, indi 2008 yox, 2017-ci ildir və neftin qiyməti o dövrlə müqayisədə 3 dəfə ucuzlaşıb. Üstəlik də hasilat ilbəil azalmağa doğru gedir. Ən başlıcası isə manat ö dövlə müqayisədə 122 faiz dəyərini itirib, dövlət bdcəsi dollar hesabı ilə 60 faiz kiçilib, iri dövlət sifarişləri kəsildiyindən məşğulluğun əsasən təmin edildiyi tikinti sektorunda durğunluqdur, iş yerləri getdikcə qapadılır, əhalinin alıcılıq qabiliyyəti və gəlirləri getdikcə azalır. Bir sözlə, ölkə sürətlə böyük böhrana doğru gedir. Bütün bunları vecinə almayan Kənd Təsərrüfatı Nazirliyi hələ də müəyyən edilməyən ərazidə özünə 10 mərtəbəli təmtəraqlı ofis tikməyi planlayır.
Nazirlik yeni inzibati binanın tikintisinin zəruriliyini “müxtəlif ərazilərdə yerləşən strukturlarını bir yerə toplayaraq daha səmərəli fəaliyyət göstərmək” məqsədi ilə əsaslandırır. Ancaq səmərəli fəaliyyətə üçün vahid binada yığışmaq heç yüngül tənqidə də dözmür. Ona qalsa Fövqəladə Hallar Nazirliyinin tabeliində olan 23 xidməti vahid binaya yığmaq üçün 123 mərtəbli yeni bina tikilməliydi. Yaxud da Əmlak Komitəsinin Bakının müxtəlf ərazilərində yerləşən inzibati binalarını bir yerə toparlmaq üçün 50 mərtəbəli yeni binaya ehtiyac olmalıydı. Ehtiyac varmı?
Təbii ki, yoxdur və ola da bilməz. Səmərəli idərəetmə ilə eyni binada oturmaq arasında hormoniya axtarmaq qaranlıq otaqda pişik axtarmaq qədər mənasız məşğuliyyətdir. Nazirlik xor kapellası deyil ki, hamını bir yerə yığıb xor oxutdursunlar.
İqisadi sektorların təsnifatına görə Azərbaycan aqrar ölkə sayılır. Rəsmi statistikaya görə, məşğul əhalinin 38 faizi aqrar sektorda çalışır. 2016-cı ilin rəsmi göstəriclərinə görə, 60 milyard manatlıq ümumi daxili məhsulun (ÜDM) cəmi 5,4 faizi – 3,2 milyad manatı kənd təsərrüfatının payına düşüb. Ötən il bu göstərici 6,2 faiz (3,4 milyard manat) idi. Hökumətin aqrar sektorla bağlı çoxsaylı qərarlarına baxmayaraq aqrar sektorda nəinki inkişaf mümkün olmayıb, hətta tənəzzül də getdikcə dərinləşir.
İxtisasca maliyyəçççi olan kənd təsərrüfatı naziri Heydər Əsədov bu post təyinat alıdıqdan sonra ( 22 oktyabr 2013-cü il) öz maliyyə komandasını da nazirliyə transfer edib. Maliyyəçi kənd təsərrüfatı naziri peşəkar kənd təsərrüfatı mütəxəsislərini işdən kənarlaşdırıb, oz maliyyəçi dostlarını əsas postlara yerləşdirib. Ancaq maliyyəçilərin “hakimiyyəti” dövründə də kənd təsərrüfatını böhrandan çıxartmaq mümkün olmayb.
Kənd təsərrüfatının real durumu aşağadakı statistikada tam əksini tapıb. Azərbaycan özünün ətə olan təlabatının 38 faizini, südə olan təlabatının 50 faizini, yumurtaya olan təlabatının 55 faizini daxili istehsal hesabına ödəyir. Şəkərin, bitki yağının xammalı 95 faiz idxal olunur, çay idxalı isə 97 faiz təşkil edir.
Ən dəhşətli statistikası isə taxılçılıqla bağlıdır. Azərbaycanın ərzaq buğdasına olan təlabatı tam idxalın hesabına ödənilir. Çünki ölkədə yığılan taxıl insanların qidalanması üçün zəruri standartlara mavab vermir. Dövlət Taxıl Fondunun çoxsaylı xəbərdarlığına baxmayaraq ölkədə hələ də standartlara cavab verən taxıl yetişdirilmir, hər il dövlət büdcəsində bu məqsədlə ayrlan milyonlar isə havaya sovrulur.
Əslində havaya sovrulmur – konkret ünvana axır. Ötən ay sosial şəbəkələrdə Londonda küçələrində avtoşluq edən gəncin videosu yayılmışdı. Sonradan avtoşun 90 HO 505 dövlət nömrə nişanlı “Porsche”nin kənd təsərrüfatı naziri Heydər Əsədovun Londonda təhsil alan oğlu Asif Əsədzadə olduğu aşkarlandı. Atası isə buna çox soyuqqanlı reaksiya verdi – “Londonda traktor sürməyəcək ki?”
Taxılçılığın, ümuiyyətlə aqrar sektorun inkişafına ayrılan subsidiya və başqa vəsaitlərin konkret hansı ünvana “buxarlandığı” ki, göz qabağındadır. Əslində bu pullar Londonun küçələrində yox, Azərbaycanın kəndlərində traktor-kombayn sürənləri stimullaşdırmaq üçün ayrılır. H.Əsədov rəhbərlik etdiyi nazirlik üçün 10 mərtəbəli yeni inzibatı bina tikməyə başlayanda isə yəqin ki, oğlunun avtomobil parkını yeniləmək üçün daha “geniş imkanları” olacaq.
Neft dollarlarının azalması və iqtisadiyyatın zəifləməsi fonunda hökumət kənd təsərrüfatı məhsulları istehsalının, xüsusilə də pambıq və tütünçülüyün inkişafını perioritet sahə elan edib. Ancaq həm hökumət çevrələrindən, həm də biznes dairlərindən sızan və bir-birini tamamlayan məlumatlara görə, pambıqçılıq və tütünçülüyün inkişafı ilə bağlı texniki xərclər 479 milyon manat büdcəsi olan (2017-ci ilin büdcəsində kənd təsərrüfatına 479 milyon manat ayrılıb) Kənd Təsərrüfatı Nazirliyinə yox, fövqəladə hallar naziri Kəmaləddin Heydərova həvalə edilib. Daha doğrusu, pambıq və tütün təsərrüfatlarına K.Heydərovun nəzarətində olan “Gilan-holdinq” texniki dəstək verir.
Şübhəsiz ki, yüksək menecerlik qabiliyyəti olan K.Heydərov bu işin öhdəsindən gələcək və bu mübahisə predmeti deyil. Ancaq bu işlər K.Heydərova həvalə ediləcəksə, 479 milyon manat büdcəsi olan Kənd Təsərrüfatı Nazirliyi nəyə lazımdır? Və ümumiyyətlə lazımdırmı?
Bütün bunlar Azərbaycanda hökumət böhranı olması ilə bağlı versiyaları təsdiqləyir. Hazırda ölkənin strateji nazirliyi sayıla biləcək Kənd Təsərrüfatı Nazirliyi (məşğul əhalinin 38 faizinin işlədiyi aqrar bölmə iqtisadiyyatın əsas sektoru sayılır və postneft dövründə əhəmiyyəti dəfələrlə artıb) faktiki iflic olub. Sanki suda boğulan nazirliyi sahilə çıxartmaq üçün FHN-nin xilasedicilərini köməyə çağırıblar.
Nəhayət, yazının əvvəlində K.Heydərovun paytaxtın ən müxtəlif ərazilərində fəaliyyət göstərən 23 xidməti idarə etməsini təsadüfü qeyd etmədik. İndi K.Heydərova qeyri-rəsmi olaraq “24-cü xidmətə” də – “kənd təsərrüfatı xidmətinə” də rəhbərlik etmək tapşırılıb. Yəni “müxtəlif ərazilərdə yerləşən strukturlarını bir yerə toplayaraq daha səmərəli fəaliyyət göstərmək” arqumenti sabun köpüyündən başqa bir şey deyil.
Qeyri-rəsmi olaraq əsas funksiyalarını itirən nazirin ”səmərəli idarəetmə” məqsədi ilə özünə 10 mərtəbəli yeni inzibati bina tikmək niyyəti günün ən məzəli lətifəsi sayıla bilərdi. Ancaq lətifəyə oxşamır, deyəsən gerçəkdən 10 mərtəbəli bina tikiləcək. Tikiləcəksə, bu artıq lətifə yox, iqtisadi cinayət sayılacaq – böhran dövründə belə mənasız və gərəksiz layihələrə pul xərcləməyin başqa adı yoxdur.
Qadir İBRAHİMLİ
Oxunub: 786