İyunun 30-da Avropa Yayım İttifaqı (AYİ) Avropa Şurasının üzv dövlətlərdə KİV azadlığının mümkün pozulması hallarının araşdırılmasına yönəlmiş onlayn-platformasının tərəfdaşı olub.
Avropa Şurası bu platformanı jurnalistikanın müdafiəsi səviyyəsinin və jurnalistlərin təhlükəsizliyinin artırılması üçün yaradıb, deyə Avropa Şurasının məlumatında bildirilir.
Avropa Şurasının baş katibi Turbyorn Yaqland AYİ Baş Assambleyasında tərəfdaşlıq haqqında sazişi imzalayıb. O, burada aparıcı yayım şirkətləri qarşısında müasir demokratik ölkələrdə ictimai KİV-in rolu haqqında çıxış edib.
“AYİ bu istiqamətdə 70 ilə yaxın iş sayəsində nadir təcrübəyə malikdir. Hər iki təşkilatımız ictimai KİV-in nəşriyyat müstəqilliyinin və institusional müstəqilliyinin təmin edilməli olduğu fikrini bölüşür”, Yaqland sazişin imzalanması mərasimində bildirib.
AYİ sədri Jan Pol Filippo deyib: “Avropa Şurası bütün Avropada və onun hüdudlarından kənarda mülki hüquqların və insan hüquqlarının, habelə fikri ifadə azadlığının zaminidir. Aİ-nin jurnalistlərin və müstəqil KİV-in müdafiəsi üzrə səylərini dəstəkləməkdən şadıq”.
Oxunub: 164