Hüquqi dövlətin mükəmməl forması
Bu yaxınlarda “Alatoran” nəşriyatında çap olunmuş vəkil Fəxrəddin Mehdiyevin “Siyasi sistemin İsveç-Skandinaviya modeli” kitabından təqdimatı davam etdiririk. Bu dəfəki mövzu Skandinaviya ölkələrinin sosial-iqtisadi uğurlarının səbəbləri və bunun üçün tarixi ənənənin mövcudluğu haqdadır.
Skandinaviya ölkələrinin sosial-iqtisadi həyatda uğurlarının səbəbləri barədə ədəbiyyatda müxtəlif fikirlər mövcuddur. Bir qrup tədqiqatçılar bunu Skandinaviya xalqlarının protestant etikası ilə, onların mədəni, dini eynilikləri ilə, digərləri tarixi inkişaf prosesi ilə, demokratik təşkilatlanmanın keçmiş tarixi zənginliyi ilə əlaqələndirirlər. Tarixi ənənəni əsas götürən tədqiqatçılar Skandinaviya ölkələrində konstitutsiyaların, parlamentarizmin yaranmasına , siyasi partiyaların, həmkarlar ittifaqının və s. meydana gəlməsinə istinad edirlər. Məsələn, İsveçdə parlamentin- Riksdağın əsası 1435-ci ildə qoyulmuşdur. Sosial Demokrat Partiyasi 1889-cu ildə yaranmışdır. Konstitutsiyanın əsasını təşkil edən 4 əsas qanundan biri İdarəetmə Forması haqqında qanun 06 iyun 1809-cu ildə qəbul edilmişdir. Norveçdə 1872-ci ildə Həmkarlar İttifaqı, 1887-ci ildə Fəhlə Partiyası yaradılmışdır və s.
Lakin daha çox belə bir fikir üstünlük təşkil edir ki, Skandinaviya ölkələrinin uğurları onların- yüksək səmərəli, rasional demokratik siyasi sistemə, ümümrifah dövləti modelinə malik olmalarıdır. Ümümrifah dövləti qlobal iqtisadiyyatın rəqabəti şəraitində öz vətəndaşlarının tam məşğüllüğuna səy göstərir, maddi nemətlərin ədalətli bölgüsü yolu ilə cəmiyyətdə ziddiyyətləri aradan qaldırır. Bunun üçün dövlət bir sıra mühüm istiqamətlərdə daim fəaliyyət göstərir.
Birincisi- əmək və kapital arasında münasibətlərin harmanizasiyasına səy göstərilir, münaqişələrin kompramis yolu ilə nizamlanmasının mexanizmi işlənib hazırlanır. İkinci istiqamət insan resurslarının milli planlaşdırlmasıdır. Praktiki cəhətdən bu o deməkdir ki, dövlətin keyfiyyətli və pulsuz ümumi təhsili, dövlət pensiya təminatı, profilaktik təbabət, uşaqlara və ahıllara dövlət qayğısı özünü doğruldur. İnsanlar özlərini cəmiyyətin faydalı üzvləri hesab edirlər. Üçüncü istiqamət isə ədalətli və əlverişli vergi sistemidir.
Qeyd etmək lazımdır ki, ümumrifah dövləti nəzəriyyəsinin yaradıcılarından biri də İsveç iqtisadçısı və dövlət xadimi Karl Hunnar Myurdaldır.
İkincisi, Skandinaviya ölkələrində hüquqi dövlətin mükəmməl formasının yaradılması onun uğurlarının əsasıdır. Hüquqi dövlət yaradıcılığı, təşəkkülü bəşəriyyətin böyük naliyyətdir. Hüquqi dövlət ölkə əhalisinin suverenliyini ifadəsi olub, bir sıra vacib prinsipləri ehtiva edir.
Birincisi, qanunun aliliyi, hüququn hökmranlığı. Qanunun aliliyi-iqtisadi, siyasi və sosial-mədəni sahələrdə əsas ictimai münasibətlər qanunlara nizamlanır. Əsas qanun ölkə konstitutsiyasıdır. Bütün digər hüquqi aktlar konstitutsiyaya uyğun olmalıdır. Dövlət istisnasız olaraq bütün vətəndaşlar üçün qanunun aliliyini təmin edir, dövlətin suverniliyi pozulduğu halda hüquqi çərçivədə güc tətbiq edir.
İkincisi, hakimiyyətin bölgüsü qanunverici, icraedici, məhkəmə hakimiyyəti öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərir, bir-birini əvəz etmir. Bu prinsip dövlət orqanlarının balanslaşdırlmış qarşılıqlı münasibətlərinə nəzarət sisteminə əsaslanır.
Üçüncüsü, insan və vətəndaşın hüquq və azadlıqlarının təminatı. Sosial siyasi həyatda insanın azadlığı onun hüquqi kimi çıxış edir.
Dördüncüsü, vətəndaş və dövlətin qarşılıqlı məsuliyyəti. Hüquqi dövlətdə vətəndaş dövlət orqanları qarşısında vəzifələr daşıdığı kimi, dövlət də öz vətəndaşları qarşısında müəyyən vəzifələr daşıyır.
Hüquqi dövlətdə, dövlət orqanları və vəzifəli şəxslər vətəndaşların hüquq və azadlıqların müdaxiləyə görə vətəndaşlar qarşısında məsuliyyət daşıyırlar. Skandinaviya ölkələrinin konstitutsiyalarında hüquqi dövlətin bütün əlamətləri öz əksini tapmışdır və reallıqda da təmin edilmişdir və demək olar ki, bu ölkələrdə hüquqi dövlətin mükəmməl forması yaradılmışdır.
Ümumiyyətlə, Skandinaviya ölkələrinin konstitutsiyalarında qanunverici, icraedici və məhkəmə hakimiyyətinin formalaşması, səlahiyyətləri, məsuliyyəti məsələləri lokonik formada öz əksini tapmışdır.
İnsan əsas hüquq və azadlıqları, vətəndaşların hüquq statusunun konstitutsiyada ayrıca bəhs edilir və hüquq azadlıqlarının konstitutsiyası təminatının mexanizmi göstərilir.
Skandinaviya ölkələrinin konstitutsiyalarında həm idarəçilik formalarına görə, həm də insan hüquq və azadlıqlarının konstitutsion təminatına görə oxşarlıqlar çoxdur. Ona görə də Skandinaviya ölkələrinin parlamentarizmi və demokratik siyasi rejimləri haqqında ümumi danışmaq olar.
Parlamentarizmin ən mühüm prinsiplərindən biri nümayəndəli demokratiyadır. Skandinaviya ölkələrinin konstitutsiyalarının məhz bu prinsipə əsaslanır. Əhalinin müxtəlif təbəqələrinin iradəsinin siyasi və peşəkar institutlar ifadə edir. İkinci mühüm cəhət Skandinaviya ölkələri üçün xarakterik olan demokratik siyasi rejimlərdir. Bu ölkələrin konstitutsiyaları və normativ aktları vətəndaşların geniş hüquq və azadlıqlarının əks etdirirlər.
Parlamentlərin səlahiyyətləri genişdir. Xüsusi ilə maliyyə sahəsində, maliyyə hakimiyyətində parlamentin səlahiyyətləri böyükdür. Eyni zamanda parlamentlər icra hakimiyyətinin maliyyə fəaliyyətinə nəzarət sahəsində də geniş hüquqlara malikdir. Skandinaviya parlamentləri məhkəmə-icraat normarını müəyyən edir, məhkəmə-prokrorluq sisteminin formalaşdırır, məhkəmə-prokrorluq orqanlarının formalaşması qaydasını, kilsənin hüquqi vəziyyətini, kilsə və dövlət orqanlarının qarşılıqlı münasibətlərinin əsaslarını müəyyən edir.
Skandinaviya ölkələrinin parlamentləri 4 il müddətinə seçilir. Ümumiyyətlə, Skandinaviya parlamentlərində bir qayda olaraq çox partiyalar təmsil olunurlar. Koalisyon hökümət yaradırlar. Buna baxmayaraq hökümətin stabilliyi Skandinaviya ölkələri üçün xarakterikdir.
Skandinaviya ölkələrində seçki hüququnun demokratik prinsiplərinin formalaşması seçki sisteminin demokratikləşməsi ilə paralel getmişdir. Əvvəlcə bu majoritar sistemin proporsional sisteminə keçilməsində ifadə olunmuşdur. Həmin proses İsveçdə 1909-cu ildə, Norveçdə 1919-cu ildə, Danimarkada 1920-ci ildə baş vermişdir. Sonrada isə proporsional sistem daha da təkmiləşmişdir.
Oxunub: 124