Almaniyada vәtәndaşlar keçirilmәsi planlaşdırılan görüş vә Martin Şultzun açıqlamaları ilә bağlı Türkiyә xarici işlәr nazirliyi sözcüsü Hüseyin Müftüoğlu Xarici İşlәr Nazirliyinin sәhifәsindәn verdiyi açıqlamada bildirib ki, hörmәtli prezidentimizin G-20 tәdbiri münasibәti ilә Hamburqa ziyarәti çәrçivәsindә Almaniya tәrәfinin tәlәbi ilә vәtәndaşlarla görüşün keçirilәcәyi mәkan üçün rәsmi müraciәt olunması tәlәb olunub. Digәr tәrәfdәn isә Almaniyanın bәzi siyasәtçilәri buna etiraz edib. Xüsusi ilә Avropa Parlamentinә sәdrlik etmiş bir şәxsin toplaşma vә ifadә azadlığını boğmağa yönәlmiş davranışı, qarşı-qarşıya qaldığımız bu zehniyyәtin әsl üzünü vә başqalarına dәrs vermәyә çalışanların iki standartlarını bir daha ortaya qoymaqdadır. Bu şәxsin prezidentimizә qarşı qәbul olunmaz ifadәlәrini şiddәtlә qınayırıq vә rәdd edirik.
azadliq.info
Oxunub: 244