Nobel mükafatçısı, kimyaçı alim Əziz Sancar onun adından yayılmış “Mən Allaha inanıram, istəyən təkamülə, istəyən Allaha inansın” cümləsi ilə bağlı şərh verib.
O bildirib ki, həmin gün o əslində “mən müsəlmanam və Allaha inanıram. Təkamülə inanmaq kimi bir şey yoxdur. Təkamül bir gerçəkdir və inam məsələsi deyil” deyib.
CNN Türk kanalının məlumatına görə, Sancar əlavə edib ki, onun Azərbaycanda səfərdə olarkən dediyi sözləri media qəsdən yanlış çatdırıb.
Bəs əslində nə olub? “Bir gəncimiz elm və inam mövzusunda sual verdi. Ona bu cavabı verdim: “mən müsəlmanam və Allaha inanıram. Təkamülə inanmaq kimi bir şey yoxdur. Təkamül bir gerçəkdir və inam məsələsi deyil.”
Bu hadisədən sonra Əziz Sancar mediaya müsahibə verməkdən çəkinir.
BBC Azərbaycanca
Oxunub: 1148