Özbәkistanda kommunal xidmәtlәrә borcu olanlar hәcc ziyarәti edә bilmәyәcәk. Bu barәdә Daşkәndin baş axundu Әnvәr Tursunov danışıb. Әnvәr Tursunov bildirib ki, borcu olanlar hәccә gedә bilmәz. Borc islamda әsas günahlardan biridir. Bunu hәr bir müsәlman xatırlamalıdır. Hәr damcı su üçün tanrıya cavab verәcәyik. Borcu olanlar tәyyarәyә buraxılmamalıdır.
Qeyd edәk ki, may ayının axırında Özbәkistan prezidenti Şövkәt Mirzayev işıq vә qaz borclarının ödәnmәsini hәyata keçirmәk üçün Baş Prokurorluğa göstәriş verib. Özbәkistanda işıq vә qaz borlularının toplam borcu 1,25 milyard dollar tәşkil edir.
azadliq.info
Oxunub: 122