ABŞ prezidenti Donald Tramp ölkəsinin yeni enerji siyasәtini elan edib. O bu barədə ABŞ Enerji Nazirliyinin keçirdiyi tәdbirdә danışıb. Tramp bütün dünyaya enerjini ABŞ-ın ixrac edәciyini bildirib.
Tramp bəyan edib ki, bununla “ABŞ hökmranlığının qızıl dövrü” başlayacaq. ABŞ prezidenti elan edib ki, Asiya bazarlarına mayelәşdirilmiş qaz vә Ukraynaya isə kömür satışını artırmağı planlaşdırırlar.
Tramp deyib ki, nüvә enerjisinin inkişafı proqramını yenilәmәyi dә düşünürlər. O, həmçinin, Barak Obama zamanında dondurulan dәnizdә yeni qaz vә neft yataqlarının axtarışını vә tәkmillәşdirilmәsini yenidәn aktivlәşdirәcәklərinə də işarə vurub.
azadliq.info
Oxunub: 1052