Avstriyanın Konstitusiya Məhkəməsi Adolf Hitlerin doğulduğu evin dövlətə keçməsi ilə bağlı qərarın qanunliyini təsdiqləyib.
Qərar iyunun 30-da verilib.
Hakim Herxart Holtsinqer bildirib ki, evin dövlətə keçməsi ictimai maraqlara uyğundur və konstitusiyaya zidd deyil.
Bununla da evini sahibinin şikayəti rədd edilib. Ev sahibi hökumətin evin satılması ilə bağlı dəfələrlə edilən təklifini rədd etmişdi. Evdə müharibədən sonra kitabxana, sonra məktəb, daha sonra əlillər üçün emalatxana olub. 2011-ci ildən ev boşdur.
Fizzə
Oxunub: 172