Çinin “Risingsun” analitik şirkəti smartfon bazarı ilə bağlı cari ilin birinci rübünün nəticələrini dərc edib.
Analitiklər hesablayıblar ki, birinci yerdə rəqiblərindən böyük fərqlə “Samsung” şirkəti qərarlaşıb. Bu şirkət 80 milyon ədəd smartfon sata bilib.
İkinci yeri “Apple” şirkəti tutub ki, bu şirkət də birinci rübdə 51 milyon ədəd smartfon tədarük edə bilib. Liderlərin ilk üçlüyünü isə 35 milyon smartfon satışı nəticəsi ilə “Huawei” şirkəti qapayır
Sonrakı yerləri “Oppo” və “Vivo” tutublar ki, onların da hər biri müvafiq olaraq 26 və 19 milyon ədəd smartfon sata biliblər. Altıncı yeri 15 milyon ədəd cihaz satışı ilə “Xiaomi”, yeddinci yeri 15 milyon ədəd smartfon satışı ilə LG şirkətləri tutub.
Səkkizinci yerdə 12 milyon smartfon satışı ilə “Lenovo”, doqquzuncu yeri 9 milyon smartfon satışı ilə ZTE şirkətləri tutub. Onuncu yerdə isə 8 milyon smartfon satışı ilə “Gionee” şirkəti qərarlaşıb.
Belə çıxır ki, hazırda smartfon bazarı liderlərinin onluğunda olanların yeddisi Çin şirkətləridir. (lent.az)
Oxunub: 296