Dörd ərəb ölkəsinin Qətərə qarşı embarqonun qaldırılması üçün Türkiyənin ölkədəki hərbi bazasının bağlanması daxil olmaqla təqdim etdiyi tələb siyahısının yerinə yetirilməsinə verilən son möhlətə 2 gün qalmış, Qətərin xarici işlər naziri ölkəsinin bu tələbləri yerinə yetirməyəcəyini bildirib.
İtaliyanın paytaxtı Romada şənbə günü çıxış edən Qətər Xarici İşlər Naziri Şeyx Məhəmməd ibn Əbdurrəhman əs-Sani həmçinin Əl-Cəzirə kanalının bağlanması tələbinin də nəzərə alınmayacağını deyib.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn tərəfindən hazırlanan 13 maddəlik siyahıya münasibətini bildirmək üçün Qətərə iyulun 3-nə qədər vaxt verilib.
Şənbə günü keçirilən mətbuat konfrasında Qətər xarici işlər naziri deyib:
“Tələblər siyahısı rədd edilmək üçün hazırlanıb, qəbul edilmək və ya müzakirə edilmək üçün hazırlanmayıb. Süverenliyimizi pozan və ya Qətərə məcburən tətbiq edilən heç bir şeyi qəbul etməyəcəyik.”
“Münasib şəraitdə” dialoqa hazır olduğu deyən nazir, digər tərəfdən “pozulmaması lazım olan beynəlxalq qanunlar və aşılmaması lazım olan həddlər” olduğunu deyib.
“Qətər hər cür nəticə ilə üzləşməyə hazırdır”, nazir əl Sani əlavə edib.
‘Türkiyə ilə əlaqələrimizə həqiqətən dəyər veririk”
Ayrıca Reuters xəbər agentliyi ilə danışan nazir həmçinin ölkəsində yerləşən və bağlanması tələb edilən Türkiyə hərbi bazasına dair tələbin “heç müzakirə mövzüsü olmayacağını” deyib.
“İmzaladığımız sazişlərdən geriyə addım atmayacağıq. Türkiyə ilə əlaqələrimizə həqiqətən dəyər veririk”, cənab əs-Sani Reuters-ə bildirib.
Nazir mətbuat konfransında həmçinin Əl-Cəzirə telekanalının bağlanmayacağını və digər ərəb ölkələrinin istədikləri an öz televiziya kanallarını açmağa imkanları olduğunu deyib.
İtalıya Daxili İşlər Naziri Angelo Alfano cənab əl-Sani ilə görüşündən sonra çıxışında “gərginliyin aradan qaldırılmasına yönələn səylərə tamamilə dəstək” verdiyini qeyd edib.
Cənab Alfano İtaliyanın mübahisəli tərəflərlə əlaqə olduğunu və “vəziyyəti daha da ağır hala gətirəcək hərəkətlərə yol verilməməsi”nin lazım olduğunu deyib.
Oxunub: 238