Ağstafa rayonunda 2 polis əməkdaşının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
1993-cü il təvəllüdlü Qazax rayon sakini Arif Cavad oğlu Novruzov və 1991-ci il təvəllüdlü Ağstafa rayon sakini Şahlar Ramiz oğlu Mamayev Kür çayının rayonun Saloğlu kəndindən keçən hissəsində çimərkən batıblar.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların axtarışına başlanılıb (report.az).
Oxunub: 378