Aqil Məhərrəmov
Gəlin, belə bir yarımrəsmi məlumatla tanış olaq: İyunun 21-də Qusar rayonu Əniq kənd sakini Qızbacı Osmanovanın evində yanğın baş verib. Qızbacı Osmanovanın evi yaşamaq üçün tamamilə yararsız vəziyyətə düşüb. Əniq kənd sakinləri çətin durumda qalan Osmanovlar ailəsinin üzləşdiyi problemin aradan qaldırılmasına kömək göstərilməsi üçün Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsinə müraciət ediblər. Bölmə rəisi, Qızbacı Osmanovanın evinin yenidən təmir olunmasına yardım edəcəyinə söz verib.
Bəlkə də “burda nə var ki?” deyə təəccüb edəcəksiniz. Hətta “hər şeyə bir qulp qoyurlar” deyib, qınayıcı nəzərlərlə baxanınız da olacaq. Amma tələsməyin. Bu xəbərin diqqətimizi niyə çəkdiyini izah etməyə çalışacağıq.
Söhbət bir polis zabitinin kiminsə evinin təmirinə yardımçı olmaq kimi səlahiyyətinə aid olmayan təşəbbüsündən getmir. Bu təşəbbüs özlüyündə müsbətdir və hər halda vətəndaşların polis əməkdaşlarından daha çox görməyə alışdığı mərdimazarlıq deyil. Amma axı ölkə vətəndaşı evinin təmiri üçün niyə polisə üz tutmalı və polis də təmir işini öz üzərinə götürməlidir?
Normal ölkәdә polisin öz işi olur. Tәbii ki, polisin işi yalnız mitinqlәrdә dinc etirazçıları dәyәnәklә vurmaqdan da ibarәt deyil. Hәr halda polisin işi ayrıdır.
Bu hadisә ölkәdә strukturların işlәmәdiyini bir daha göstәrir. Biz bir daha şahidi oluruq ki, ölkәdә hәr bir struktur öz üzәrinә düşәni etmәdikcә, bu kimi hallarla qarşılaşacağıq.
Ölkәdә sistem işlәmәyәndә banklar yüksәk faizlә kredit verir. Nәticәdә 2,5 milyon insan bankların girovuna çevrilir.
Sistem düz işlәmәyәndә tәlәbәlәr tәhsil haqqını ödәyә bilmir.
Sistem düz işlәmәyәndә sәhiyyә bәrbad gündә olur, insanlar vaxtında müayinә olunmur vә nәticәdә adi xәstәliklәr ölümcül xәstәliklәrә çevrilib canlar alır. Qonşu ölkәlәrә gedirik müayinә üçün. Ya da sosial şәbәkәlәrdә, televiziyalarda vicdanlı adamların yardımlarını oturub gözlәyirik. Nәticәdә bizә dә “onun ömrü dә bura qәdәr imiş, neylәmәk olar ki” deyib özümüzә tәsәlli vermәk qalır.
Sistem işlәmәyәndә fövqәladә hallar zamanı Allahın ümid etməkdən başqa çarәmiz qalmır. Yardım üçün döydüyümüz qapıları üzümüzә bağlayırlar.
Sistem işlәmәyәndә gәnclәr evsizlikdәn әziyyәt çәkir. Ev probleminә görә ailә hәyatı qura bilmir. Sistem işlәmәyәndә boşanmalar evliliklәrdәn çox olur. Çünki insanlar ailәlәrini dolandıra bilmir. Vә ilaxır, vә sairә. Saymaqla bitmәz işlәmәyәn sistemin yaratdığı fәsadlar.
Problemlәr anidәn qapımızı döyәndә, hansısa mәmurun insafa gәlmәsini gözlәmәmәliyik. Qanunların işlәdiyi demokratik ölkәlәrdә münasibətlər tamam başqa cürdür. Orada xırda bir problemdәn ötrü ombusmandan tutmuş prezidentә qәdәr mәktub yazmırlar. Әgәr belә olsa, demәk ki, sistem düz işlәmir. Әmin olun ki, elә sistem inkişaf etmiş cәmiyyәtlәrdә çox yaşaya bilmәz.
Dövlәt vәtәndaşının siğortası olmalıdır. Vətəndaş dara düşәndә dövlәtin әlini öz çiynindә hiss etmәlidir. Vәtәndaş dövlәtin dar günündә canını heçә sayırsa, onun qoruduğu dövlәt dә vәtәndaşın dar günündә dağ kimi onun arxasında dayanmalıdır. Bunun üçün o dövlәti idarә edәnlәr tәbii ki, xalqdan biri olmalıdır. Xalqın sәsi ilә vәzifәyә yüksәlmәlidir.
Mәsәlәn, keçәn il İsveçrәdә bir referendum keçirildi. Hökumәt işlәyәn vә işlәmәyәn hәr kәsә ayda 2500 dollar, uşaqlara isә 625 dollar vermәyi tәklif etdi. Amma isveçrәlilәr bu tәklifә yox dedilәr vә әsaslandırma da belә oldu ki, bu bizim iş qabiliyyәtimizi aşağı salacaq vә nәticәdә dövlәtimizә ziyan dәyә bilәr. Xalq vә hakimiyyәt bir-birini tamamlayanda nәticә dә xoş olur. Mәsәlәnin digәr tәrәfi odur ki, demәk, İsveçrәdә bütün daşlar öz yerinә oturub vә insanlar hәm dә yaxşı yaşayır ki, bu puldan imtina ediblәr.
İtaliyada 18 yaşına çatan gәnclәrә dövlәt kitab alması vә mәdәniyyәt abidәlәri gәzintisi üçün 500 avro pul verir. Mәqsәd onlarda maraqlar oyatmaqdır. Çünki anlayırlar ki, ölkәnin gәlәcәyi gәnclikdir. Onları mәhv etmәk yox, qazanmaq gәrәkdir.
Hollandiyada vәtәndaşların borclanması dövlәtin borclanması hesab olunur. Hesab edirlәr ki, idarәetmә düzgün hәyata keçirilsәydi, vәtәndaşlar әlavә borclanmaya getmәzdi.
İnkişaf etmiş ölkələrin timsalında belə örnəklərin sayını xeyli artırmaq olar.
Yaxşı, bəs o cәmiyyәtlәrin dә ağrılı günlәri olmayıbmı? Әlbәttә ki, olub. Amma onlar toparlanıblar, xalq olaraq mübarizә aparıblar vә bu günlәrә gәliblәr. Onlar da zamanında “bunlar yeyib doyub, gәlәn ac gәlәcәk”, “elә kök atıblar ki, çәtin tәrpәnәlәr”, “göydәn asteroid düşmәsә, bunlar ömür boyu hakimiyyәtdә qalacaqlar” kimi fikirlәrin әsarәtindә olublar tәbii ki. Amma bu gün onların hazırki vәziyyәti bizim üçün nümunәdir. Demәk ki, asteroid düşmәsini gözlәmәyә ehtiyac yoxdur. Demәk ki, xalq istәyәndә bütün köklәri qoparıb ata bilir. Gәlin, istemimizi özümüz quraq, özümüz dә idarә edәk.
Oxunub: 462