Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, həmin idarənin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş İlqar Aşurbəyovun epizodu üzrə dinləmələr olub.
Məhkəmədən sonra jurnalistlərə açıqlama verən A.Çovdarovun vəkili Kamandar Nəsibov deyib ki, İlqar Aşurbəyov epizodu üzrə keçmiş MTN əməkdaşları ifadə veriblər.
A.Çovdarov məhkəmədə Aşurbəyovdan pul almadığını deyib: “Qələt edir, mən pul görməmişəm, bu adamla görüşməmişəm, pul da almamışam”.
Proses iyulun 5-də davam etdiriləcək.
Oxunub: 522