Kasıb gürcülərə baxsın, utansın bizim hökumət, ancaq vətəndaşlarına zülm etmək haqqında düşünür…
1 iyuldan etibarən Gürcüstanda sosial müdafiəsiz şəxsləri xroniki xəstəliklər əleyhinə dərmanlarla pulsuz şəkildə təmin edəcək dövlət proqramı işinə başlayacaq.
Dərmanları, sosial xidmətlərin məlumatına əsasən reytinq balı 100 000-ə qədər olan bütün Gürcüstan vətəndaşları ala biləcəklər.
Vətəndaşlar aptekdən alınan dərmanların ümumi qiymətinin 10 faizin ödəməli olacaqlar. 1 laridən çox və 5 tetridən isə az olmayacaq bu məbləğ simvolik xarakter daşıyacaq.
Dövlət proqramına ümumilikdə 23 adda preparat daxil olunub. Onlardan 12-ni vətəndaşlar artıq 1 iyul tarixindən etibarən əldə edə biləcəklər. Qalanları isə iyulun sonundan etibarən istifadəyə veriləcək.
Oxunub: 212