Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdən daha 2-si ölkəmizi tərk etməyə qərar verib. Vergilər Nazirliyindən Fins.az-a verilən məlumata görə, “Petrouell Kaspian LTD” və “Gökşin İnşaat Qida Turizm Bilişim Tüketim malları Pazarlama Madençilik və Proje Müşavirlik Hizmetleri Sanayi ve Ticaret Limited” şirkətlərinin Azərbaycandakı filialları ləğv edilib.
“Petrouell Kaspian LTD” şirkətinin kreditorları öz tələblərini bakı şəhəri, Murtuza Muxtarov küçəsi, 203 “A”, mənzil 37 ünvanına bildirə bilərlər.
“Gökşin İnşaat Qida Turizm Bilişim Tüketim malları Pazarlama Madençilik və Proje müşavirlik Hizmetleri sanayive Ticaret Limited” şirkətinin kreditorları isə bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani küçəsi, ev 22 ünvanına müraciət etməlidirlər.
Oxunub: 406