ABŞ Nümayəndələr Palatasında üç ölkəyə – İran, Rusiya və Şimali Koreyaya qarşı cəza tədbirləri nəzərdə tutan 184 səhifəlik sənəd səs çoxluğu ilə təsdiq edilmişdir.
Qanun layihəsi Rusiya hökuməti, dövlət şirkətləri və Rusiya vətəndaşlarına qarşı bir sıra tədbirlərin tətbiq olunmasını nəzərdə tutur və təkcə bununla da kifayətlənmir. Qanun layihəsində yeganə adı çəkilən “Qazprom”-un “Nord Stream-2” layihəsidir ki, bu da həmin layihənin daha çox zərərə məruz qalacağını göstərir. Bu qaz kəməri çәkilәndәn sonra Rusiyadan birbaşa Almaniyaya illik 55 milyard kub metrə qədər qaz ötürülməsi nәzәrdә tutulur. Bu layihəyə sanksiyaların tətbiq olunmasının səbəbi kimi – “AŞ-nın enerji təhlükəsizliyinə, Mərkəzi və Şərqi Avropada təbii qaz bazarının inkişafına, eləcə də Ukraynanın enerji sektorunda islahatlara zərərli təsirləri” göstərilir. Lakin qanun layihəsinin qüvvəyə minəcəyi təqdirdə Rusiyanın bütün boru kəmərləri infrastrukturu, həmçinin neft və qaz ixracı zərər görə bilər. Qanun layihəsinin tələblərinə müvafiq olaraq, ABŞ prezidenti Rusiyanın neft və qaz ixracı kəmərlərinin tikintisi və ya təmiri ilə məşğul olan istənilən hər kəsə sanksiya tətbiq etmək hüququ əldə edir.
Digər sanksiyalar – yeni deyillər, lakin daha sərtdirlər. Qeyri-adi olan isə Rusiyanın “yaramazlarla” eyni siyahıda olmasıdır.
İlk növbədə, yeni sanksiyalar paketinin qeyri-adi siyasi məzmununa diqqət yetirilməlidir: Rusiya birbaşa Amerika Birləşmiş Ştatlarının “düşməni” adlandırılır, o, Şimali Koreya və İran kimi dırnaqarası “quldur dövlətlər”, eləcə də beynəlxalq terrorçularla eyni siyahıda yer alır.
Azadliq.info
Oxunub: 770