Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədova hökm oxunub.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə o, 5 il 7 ay 19 gün müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
M.Məmmədov 4 milyon 500 min manat mənimsəməkdə təqsirli bilinirdi.
M.Məmmədov “Aztelekom”un baş direktoru olmaqla yanaşı, YAP-ın rəhbər şəxslərindən biri – Nəzarət-Təftiş Komissiyasının sədri olub.
Oxunub: 670