Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər dövlət maliyyə və qeyri-maliyyə təşkilatlarından alınan dividendlər üzrə daxilolmalardan ibarətdir.
Hesablama Palatasınn yaydığı məlumatda bildirilir ki, bu mənbə üzrə daxilolmalar 2017-ci il dövlət büdcəsində 5 milyon 950 min manat təsdiq olunmuşdur ki, bundan 150 min manat “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı, 4 milyon 118,0 min manat “Azər-Türk Bank” ASC, 1 milyon 682,0 min manat “Azərlotereya” ASC üzrə alınan dividendlər üzrə nəzərdə tutulmuşdur.
Bu mənbə üzrə daxilolmalar 2017- ci ilin 6 ayında icra 500 min manat, yəni illik proqnozun 8,4%-i həcmində təşkil etmişdir ki, həmin məbləğ 2016-cı ilin yekunlarına görə mənfəətin bölüşdürülməsi nəticəsində “Azərlotereya” ASC -dən daxil olmuş, bu da 2016-cı ilin müvafiq dövründə daxil olmuş vəsaitlə müqayisədə eynidir. Digər təşkilatlar tərfindən dividendlər üzrə ödənişlər həyata keçirilməmişdir.
Azadliq.info
Oxunub: 84