Açıq şәkildә davam edәn istintaqda Gülnarә Kәrimovanın 12 xarici ölkәdәki ümumi əmlakı, 1 milyard 394,1 milyon dollar olduğu bildirilib.
Gülnarә Kәrimovanın 63,5 milyon avro, 27,1 milyon funtsterlinq, 18,5 milyon frank olmaq üzrә İsveçrә bankında nәğd şәkildә 778,8 milyon dollar pulu var. “Koloni” yaşayış massivindәki villalarının dәyәri 18,5 milyon frankdır.
İsveçdә nәğd şәkildә 30 milyon avro, Böyük Britaniyada nәğd şәkildә 4,2 milyon funtsterlinq pulu var. Londondakı bir ev, bir villa vә bir böyük dairәnin qiymәti 22,9 milyon funtsterlinqdir.
Parisdәki villanın toplam dәyәri 52,5 milyon avrodur. Latviyadakı nәğd vә qiymәtli kağızların dәyәri 16,5 milyon dollardır. Riqada, parka yaxın yerlәşәn әylәncә mәrkәzinin qiymәti 9 milyon avrodur. İrlandiyada 300 milyon dollar pul vә qiymәtli kağızları var.
Maltada 48,8 milyon dollar dәyәrindә tәyyarәsi var. Gülnarə Kərimovanın Almaniyada, nәğd şәkildә 2 milyon avro, İspaniyada 82 min dollar, Rusiyada 6 milyon dolları var. Onun həmçinin, Moskvada “camelot” yaşayış kompleksi, xüsusi yaşayış kompleksi “Rublyovka”da 8 mәnzili var.
Yalta şәhәrindә otel kompleksi, mәnzil vә ümumi dәyәri 2 milyon dollar olan torpaq sahәsi var. Honq-Konqda nәğd şәkildә 67 milyon dollar pulu var.
Onun ABŞ-da dәyәri 15 milyon dollar olan”The Arch” yaşayış kompleksi də var.
BӘӘ-dә nәğd şәkildә 32 milyon dollar vә dәyәri 31,5 milyon dollar olan qızıl vә qızıl sertfikatları var. Dubayda 67,4 milyon dollar dәyәrindә penthouse mәnzili, 2 otel vә 2 villası var.
Azadliq.info
Oxunub: 422