Ərəb koalisiyası qüvvələri Yəməndən Məkkəni vurmaq üçün buraxılmış raketi şəhərin 69 kilometrliyində vurub sala biliblər.
Səudiyyə Ərəbistanının rəhbərliyi altında Yəməndə hərbi əməliyyatlar aparan ərəb koalisiyası qüvvələrinin yaydığı bəyanatda bilditilir ki, üsyançı husitilərin Yəməndən Məkkəni vurmaq üçün buraxdıqları raketi şəhərin 69 kilometrliyindən sıradan çıxarmaq mümkün olub.
Koalisiyada hesab edirlər ki, raket hücumundan məqsəd avqustun 30-da başlayacaq həcc mərasimini pozmaqdır.
Oxunub: 548