Bu gün Bakı Apellyasiya məhkəməsində Texnika Bankın Yasamal fialalının sədr müavini işləmiş Elnur Seyidovun məhkəmə prosesi keçirilib. Hakim Rizvan Səfərovun sədrliyi ilə keçən prosesdə Qaradağ rayon məhkəməsinin Elnur Seyidovun məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsinin təmin edilməməsi qərarı qüvvədə saxlanılıb.
Vəkil Fəxrəddin Mehdiyev bildirib: “Elnur Seyidovun ümumi cəzasının üçdə iki hissəsi yanvar ayında bitib. Qanunvericiliyə əsasən belə şəxslər məntəqə tipli müəssisələrə köçürülməlidir. Lakin Qaradağ rayon məhkəməsi Elnur Seyidov barədə Cəzaçəkmə müəssisəsinin rəyini əsas götürərək ərizəni təmin etməmişdi. Məhkəmə həmin rəydə məhkumun hansı tələbləri yerinə yetirməməsi isə göstərilməyib”.
Fəxrəddin Mehdiyev məhkəmədən sonra Elnur Seyidova qarşı qərəzli mövqeyi detalları ilə media nümayəndələrinin diqqətinə çatdırıb.
Xatırladaq ki, Elnur Seyidov keçmiş MTN-nin Texnika Bank əməliyyatına görə həbs olunub. Barəsində 7 il 3 ay həbs qərarı verilib. Sonradan həbs olunan 25 nəfərdən 24-ü həbsdən azad olunsa da Elnur Seyidov AXCP sədri Əli Kərimlinin qaynı olduğuna görə hələ də həbsdə saxlanılır.
Azadliq.info
Oxunub: 468