Biz dedik ki, amanın bir günüdür, etməyin, bunlar etdilər!
Hakimiyyət təbii biçənək və örüş sahələrini kəndlilərin əllərindən alıb əkin üçün oliqarx-məmurlara verdi. Çıxış yolu tapa bilməyən kəndlilər isə uzun müddət damazlıq və təkrar istehsal məqsədi ilə bəslədikləri inəkləri kəsimə verdilər. İndi də heyvanların baş sayı azalmaqla yanaşı ölkədə ət, süd istehsalı kəskin şəkildə azalıb. Artıq nəticə göz qabağındadır. Bu ilin 6 ayı ərzində keçən ili eyni dövrü ilə müqayisədə ət idxalı 61 faiz, kərə yağı idxalı isə 27 faiz artıb”. Bu statusu bir il əvvəl, 2 avqust 2016 -cı ildə yazmışdım. Təəssüflər olsun ki, 2017-ci ildə vəziyyət daha da pisləşib. Belə ki, heyvandarlıq məhsulları istehsalı azalıb, idxalı isə kəskin şəkildə artıb. Bu ilin altı ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət idxalı 2,5 dəfə, süd məhsulları idxalı isə 70 faiz artıb. Hakimiyyət əhalinin ət və süd məhsullarına olan ehtiyacının ödənilməsini idxaldan aslı vəziyyətə salıb. Onu da qeyd etməliyəm ki, ölkənin ərzaq buğdasına, çaya, şəkərə, bitki yağlarına olan təlabatı tam idxal məhsullarının hesabına ödənilir.
Oxunub: 202