Rusiya baş nazirinin müavini Dmitri Roqozin Moldovada persona non-qrata elan edilib.
“Rusiya baş nazirinin müavini Dmitri Roqozini Moldovada persona non-qrata elan etməyi və onun ölkəmizə gəlməsini qadağan etməyi təklif edirən”, – bunu Nazirlər Kabinetinin iclasında Moldovanın xarici işlər naziri Andrey Qalbur deyib.
Kabinet üzvlərinin əksəriyyəti bu təklifi dəstəkləyib.
Nazirlər Kabinetinin qərarına əsasən, Roqozinə Moldova ərazisinə getmək və bu ərazidən tranzit kimi istifadə etmək qadağan edilib.
Qərardan sonra Rusiyanın Moldovadakı səfiri Farit Muxametşın Xarici İşlər Nazirliyinə dəvət edilib.
Roqozin “Rossiya-24” telekanalına müsahibəsində Moldovanın və bu ölkənin vətəndaşlarının ünvanına təhqiramiz ifadələr işlədib.
İyulun sonunda Roqozin Moldova prezidenti İqor Dodnun dəvəti ilə bu ölkəyə səfər etməli idi. Lakin Rumıniya hakimiyyəti onun olduğu təyyarənin bu ölkənin ərazisindən keçməyə icazə verməyib və o Moskvaya qayıtmalı olub.
Fizzə
Oxunub: 282