AXCP Yasamal rayon şöbəsinin fəalı, bloqer Üzeyir Abbasov polislər tərəfindən saxlanılıb. Bu barədə partiyadan məlumat veriblər. Məlumata görə, Üzeyir Abbasov özü bu barədə partiyanı məlumatlandırıb. O, Yasamal Rayonu Alatava yaşayış massivində yerləşən ata evində olarkən, polislər gələrək onu özlərilə aparıblar.
Üzeyir Abbasovun hansı polis bölməsində saxlandığı haqda hələlik məlumat yoxdur. Üzeyir Abbasov bu yaxınlarda iki çox ağır cərrahiyyə əməliyyatı keçirib. Onun başında şiş var. O, sosial şəbəkələrdə yaydığı videolara görə bu təzyiqlə üzləşib.
Oxunub: 434