Tanınmış güney azərbaycanlı fəallar Abbas Lisani və Siyamək Mirzayinin şikayətlərinə baxan Ərdəbil və Tehran vilayətlərinin apellyasiya məhkəmələri onlar barəsində yeni hökmlər çıxarıb.
Siyamək Mirzayi haqqında çıxarılan 10 il həbs və iki il sürgün hökmü dəyişdirilərək, 3 il həbslə əvəz edilib, Abbas Lisaninin isə bəraətinə dair hökm çıxarılıb.
Güneyli milli fəal Yaşar Əsədi Amerikanın Səsinə Abbas Lisaniyə bəraət hökmü verildikdən sonra keçən il Beynəlxalq Ana dili günündə milli fəalların aksiyaları ilə bağlı gələn həftə Əhərdə daha bir məhkəməyə çağırıldığını və bununla bağlı qərarın gözlənildiyini bildirib.
Yaşar Əsədi milli fəalların məhkəmə prosesi ilə bağlı bəzi məqamları qeyd edib. O, Abbas Lisaninin uzun təkidlərdən sonra ilk dəfə olaraq məhkəmədə müdafiə çıxışını Azərbaycan türkcəsində etməyə nail olduğunu xüsusi vurğulayıb.
Yaşar Əsədi İran məhkəmələrində azərbaycanlı milli fəallara təzyiq vasitəsilə olaraq onlara sürgün hökmləri çıxarılır.
“Bu hökmlər çıxarıldıqdan bəlli idi ki, onlara ruhi, mənəvi, psixoloji basqı qoymaq istəyirlər. Sürgün məsələsi həm məhbus olasan, həm zindanda olasan, həm də sürgündə olasan, bu, çox çətin məsələdir. Öz yerlərində olanda ailələri, bacı-qardaşları rahat gəlib onlarla görüşə bilirlər. Amma sürgündə olanda siz təsəvür edin, Ərdəbil vilayətindən Şiraz vilayətinə hardasa 20-25 saat yoldur, Ərdəbi və Şiraz arasında təyyarə yoxdur. Məcburdurlar ailələri üç-dörd dəfə terminal dəyişələr və özlərini yeritərələr 1-2 saat görüşmək üçün. Bunlar hamısı psixoloji basqıdır hökumət son zamanlar icra edir.”
Yaşar Əsədi deyib ki, bu tipli basqılar milli fəalları susdurmaq məqsədilə göstərilsə də bu, bir nəticə verməyib.
Oxunub: 252