FB istifadəsi Nurlan Cəfərli səhifəsində maraqlı bir yazı paylaşıb. O, dostları ilə bərabər gündəlik çay içdikləri kafedən 3 nəfər fiziki qüsurlu insanın qovulduğuna şahid olduğunu və bir daha ora getməyəcəklərini bildirib.
“Bunu yazmaq istəmirdim, məcbur qaldım. “Nizami” metrosundan aşağıda Məşədi Dadaş məscidinin yanındakı “Hicaz” kafesini çoxları, xüsusən də dindar kəsim tanıyır. Bakının ən tanınmış, ən samballı dini kafesidi. Mən o kafeyə hər gün gedirdim dostlarımla. Ən azı, verdiyimiz xeyir 6 azn (3 çay) olur, bəzən bərabər 12-16 Azn ödəyirik. Hər gün də orda otururuq.
Deməli, ora 1 qadın və yanında 3 əlil gəlir. Balaca 10-12 yaşlarında uşaq qadının oğludur. Uşağın beyin damarları 6 yaşdan sonra iflic olub deyə, heç nə başa düşmür, heç nə də danışa bilmir. İkinci əlil cavan xanımdı. İflic olub, danışa bilmir. Üçüncü isə cavan oğlandı. Bir gözü görmür, ikinci gözü 1 % görür. Onu da heç yerdə işə götürmürlər.. Nəysə… bu 3 əlili o qadın həftədə 2 və ya 3 dəfə o çayxanaya gətirir. İçdikləri çay üçün pul verə bilmirlər. Keçən gün mən uşaqlarla kafeyə getməmişəm. Dedilər ” Hicazdan qovdular o əlilləri.” Bizim uşaqlar həmin vaxt qalxıblar ayağa ki, “qovmayın onları, çayın pulunu özümüz verərik, onlar gələndə, zatən, hər dəfə burda oluruq. Ofisiant deyib ki, “müdiriyyətin əmridi. Deyib ki, onları buraxmayım kafeyə.”
Qanuna görə müstəri pulunu ödəyirsə və ya müştərinin pulu ödənilirsə, sahibkarın icazəsi yoxdu onu geri qaytarmağa. Bu qanun pozuntusudur. Ondan başqa, bu hərəkət əlillərə hörmətsizlikdir. Həftədə 2 və ya 3 dəfə 1 qaşıq quru çayı əlillərə qıymayan insan hamının hörmət etdiyi bir Hacıdır.
Mən bu gün yolda gördüm o əlilləri. Söhbət etdim. Dedilər ki, “bilmirik niyə qovdular bizi. Heç bir müstəriyə mane olmurduq. Evimizdə qaz yoxdur. Məcburam bu əlillərə həftədə 2-3 dəfə çayxanada çay içizdirim.”
Bu hadisədən sonra biz daha ora getmirik. İnsana bir yaxşılıq, bir də pislik qalır həyatda. O kafenin sahibi o əlillərə həftədə 2 dəfə çay vermək istəmədi, amma biz ona hər gün 6-12 manat xeyir verirdik. Belə insanlar qınanmalıdır.
Əlillərə qarşı qayğıkeş olmalıyıq. Onların bizdən fərqi bizim sahib olduğumuz çox şeydən məhrum olmalarıdır…”
Oxunub: 266