Gununsesi.info saytının əməkdaşı Əli Həsənovun özü ilə əlaqə saxlayaraq, son olaylar barədə fikirlərini soruşub.
Əli Həsənov faciəyə səbəb olan qəza barəsində danışmaq istəmədiyini deyib: “Mən heç nə danışmaq istəmirəm. Mənim adımın mediada gündəmə gətirilməsinə gəlincə, hüququ ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün. Başqa deyəcəyim bir şey yoxdur”.
Avqustun 3-də Heydər Əliyev prospektində iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən qəzada “Galendevagen” markalı avtomobilin sürücüsü müəyyən olunub. Məlum olub ki, sükan arxasında “Qaçqınkom” rəhbəri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub. DİN həmin gəncin cinayət məsuliyyətinə cəlb olunacağını bəyan edib.
Oxunub: 1468