İlham Əliyev: “Ərzaq təhlükəsizliyi ilə bağlı əldə edilmiş nailiyyətlər çox sevindiricidir”. Görəsən bunlar əldə nə ediblər ki, ona sevinirlər?! Ərzaq məhsulları idxalı artıb, ixrac isə azalıb. Son üç ildə yeyinti məhsulları idxalı 122 milyon dollar dəyərində, yəni 24 faiz artaraq, 2017-ci ilin altı ayı ərzində 624 milyon dollar təşkil edib. Eyni müddət ərzində ərzaq malları ixracında azalma isə 81 milyon dollar təşkil edib. Bu ilin altı ayı ərzində isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət idxalı 2,5 dəfə, süd məhsulları idxalı 70 faiz artıb. Ölkənin ərzaq buğdasına, çaya, şəkərə, bitki yağlarına olan təlabatı tam idxal məhsulları hesabına ödənilir. Azərbaycan əhalisinin ərzaq təminatını təhlükəli həddə salıblar. Buna sevinirlər?!
Oxunub: 950