Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib.
Yanğın artıq söndürülüb. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib. Yanğın zamanı 25 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb. Binada 114 məcburi köçkün ailəsi məskunlaşıb, daha 8 ailə yerli sakinlərdir.
FİN-in məlumatına görə, 5 mərtəbəli yataqxananın sahəsi 4420 kvadratmetr olub. Hadisə binanın 3-cü mərtəbəsinin dəhlizində baş verib.
Nəticədə dəhlizdə taxta konstruksiyalardan quraşdırılmış rəflər, əşyalar 100 kvadratmetr sahədə və 15 otağın giriş qapıları yanıb.
Yanğın zamanı yanğınsöndürənlərin 15 nəfər sakini xilas etdiyi, 20 nəfəri isə təxliyə etdiyi bildirilir. Mənzillər yanğından mühafizə olunub.
Yanğının səbəbi, hələ açıqlanmır.
Oxunub: 466