Odlar Yurdu Universitetinin İdman zalının tikintisi zamanı fəhlə ölüb.
Hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb.
Nəsrəddin Tusi küçəsində Odlar Yurdu Universitetinin İdman zalının tikintisi zamanı 1981-ci il təvəllüdlü Mustafayev Tahir Şəmsəddin oğlu inşası başa çatmamış hündürmərtəbəli binanın 5-ci mərtəbəsindən yerə yıxılıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq T. Mustafayev dünyasını dəyişib.
Oxunub: 164