A.Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, müvəkkili üzərinə həbs qoyulmuş əmlaklarla bağlı ifadə verib. Vəkilin sözlərinə görə, A.Çovdarov qeyd edib ki, ittihamda göstərilən əmlakların əksəriyyəti ona məxsusdur: “Əmlaklarımın hamısının sənədi var. Həmin əmlakların bəzisi övladlarım və kürəkənlərimə məxsusdur. Yaşadığım evin torpağını 2000-ci ildə almışam. Həmin vaxt MTN-də işləmirdim. Novxanıda yerləşən bağımın torpağını da 2000-ci ildə almışam. Çünkü o dövrdə Mərdəkanda olan torpağımı satıb onu almışam. Nazirlikdə işləyən dövdə xidmətimlə əlaqədar dövlət tərəfindən bir ev verilib. O da icra hakimiyyətin sərəncamına əsasən verilib. Kürəkənlərim isə əmlakları özləri alıb”.
Hazırda proses davam etdiririlir.
***
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, həmin idarənin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.
Hazırda A.Çovdarov üzərinə həbs qoyulmuş əmlakları ilə bağlı ifadə verir.
Məhkəmə iclası davam etdirilir.
İttiham aktına əsasən, A.Çovdarovun üzərinə həbs qoyulmuş əmlaklarının ümumi dəyəri 32 milyon 256 min 900 manat təşkil edir. (Report)
Oxunub: 636