Artıq bir necə aydır ki, Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindəki xeyli hissəsi yararsız hala düşüb. Yeni Ələt-Astara yolunun tikintisi üçün iri tonajlı maşınların material daşıması ucbatından yol demək olar ki, keçilməz olub. Yol inşaası üçün alternativ yollar qurulmalı olduğu halda buna əməl olunmayıb.
Yolun həmin hissəsində hər gün yüzlərlə minik avtomobili ziyan çəkir. Addım-addım keçilməli olan yolda kondisonersiz maşınla hərəkət etmək çox təhlükəlidir. Ya tozdan boğulmalısan, ya da isti adamı birtəhər edəcək.
Yaxın günlərdə prezident İlham Əliyev həmin yoldan keçməlidir. Avqustun 25-nə onun Cəlilabad rayonuna səfəri gözlənilir. Görəsən o günə kimi yol təmir ediləcəkmi? Yoxsa yenə İlham Əliyev cənub bölgəsinə helikopterlə gedəcək? Amma helikopterlə getsə belə onun korteji məhz bu yoldan keçməlidir.
Azadliq.info
Oxunub: 770