Avqustun 18-də vəkil Fəxrəddin Mehdiyev 10 saylı cəzaçəkmə müəssisəsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və partiyanın digər fəalı Murad Ədilovla görüşüb.
Vəkil azadliq.info-ya bildirib ki, Nardaran işi üzrə təqsirləndirilənlər CÇM-lərinə köçürüldükdən sonra onlara verilən işgəncə halları gündəmə gəldiyinə görə hüquqlarını müdafiə etdiyi məhbuslarla görüşmək üçün Penitensiar Xidmətə müraciət edib. “Hələlik Fuad Qəhrəmanlı ilə görüş üçün məktub verilib. Onunla görüşdüm. Saxlanma şəraitindən narazılığı yoxdur. Cəzaçəkmə müəssisəsinə köçürüləndən hər hansı qeyri insanı rəftarla qarşılaşmadığını bildirdi. Lakin şəkər xəstəsi olduğu üçün istilərdən əziyyət çəkir. Eləcə də həmin CÇM-də saxlanılan Murad Ədilovla da görüşdüm. Onun da hər hansı bir şikayəti yoxdur,-deyə Fəxrəddin Mehdiyev bildirib.
Vəkil həmçinin bildirib ki, məhkəmədə hüquqlarını müdafiə etdiyi Taleh Bağırov, Abbas Quliyev və Əli Nuriyevlə də görüş üçün, Abbas Hüseynovun müdafiəsinə qoşulması ilə bağlı orderi və görüş məktubu da Penitensiar xidmətə təqdim etdiyini qeyd edib.
Azadlıq.info
Oxunub: 618