Almaniya Sosial Demokrat Partiyasının baş nazir postuna namizәdi Martin Şultz Әrdoğanın Almaniyadakı türklәri seçkilәri baykot etmәyә çağırmasını sәrt şәkildә tәnqid edib.
Şultz tvitter hesabından verdiyi açıqlamada bildirib ki, “Әrdoğan ölçünü artıq itirib. Azad vә demokratik Türkiyә üçün mübarizә aparanlara daha çox dәstәk verәcәyik.”
RND-yә danışan Almaniya xarici işlәr naziri Qabriel Siqmar isә bildirib ki, “bu, ölkәmizin suverәnliyinә yönәlmiş tayı bәrabәri olmayan bir hücumdur. Әrdoğan mövqeyi ilә Almaniyadakı insanları biri-birinә qarşı qızışdırmaq istәyir.”
Siqmar Qabeiel Almaniyadakı bütün seçicilәrdәn Әrdoğanın onlara nüfuzetmә cәhdlәrinә qarşı mübarizә aparmalarını vә belә oyunlara aldanmamağı istәyib.
Ayrıca Qabriel bildirib ki, insanlar Almaniyada hansı millәtdәn olmağından asılı olmayaraq Әrdoğanın Türkiyәdә yox etmәk istәdiyi azadlığı, hüquq dövlәtini vә demokratiyanı tapır.
azadliq.info
Oxunub: 402