SOCAR-ın Türkiyədəki aktivi olan “Petkim Petrokimya Holding A.Ş.” rekord məbləğdə cərimələnib.
İzmir Vergi Dairəsi holdinqi ümumilikdə 165 mln. türk lirəsi (80,5 milyon manat) məbləğində cərimələyib. Buna səbəb 2014-cü ildə holdinqin istehsalat prosesində “PyGas”dan (Pyrolysis Gasoline) istifadə etməsidir.
“Petkim”in rəsmi açıqlamasında isə bildirilir ki, indiki mərhələdə cərimənin ödənilməsindən söhbət gedə bilməz. Holdinq məhkəmə və digər instansiyalara müraciət etmək hüququndan istifadə edəcək.
Azadliq.info
Oxunub: 1064