İranın paytaxtı Tehranda naməlum şəxs bıçaqla insanlara hücum edib.
Hadisə şəhərin cənubunda avtobus dayanacaqlarından birində qeydə alınıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
İranın Fövqəladə Hallar üzrə Agentliyinin rəhbəri Həsən Abbasi bildirib ki, yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti kafidir.
Cinayətkar saxlanılaraq polis bölməsinə aparılıb.
Oxunub: 100