İsrailin baş naziri Benyamin Netanyahu mediaya qarşı hücum edir. Netanyahu onları onunla bağlı aparılan korrupsiya istintaqını işıqlandıraraq, onun əleyhinə işləməkdə ittiham edir.
Baş nazir bir qrup tərəfdarına deyib ki, “‘saxta xəbərlər’ sənayesi artıq rekord həddə çatıb. Onların məqsədi hər nə bahasına olursa olsun, mənə qarşı ittihamların irəli sürülməsini təmin etməkdir.”
İsrail rəsmiləri Netanyahunu iki ayrı korrupsiya istintaqı ilə bağlı sorğu-sual edib. Onlardan birində Netanyahunun zəngin tərəfdarlarından bahalı hədiyyələr aldığı iddia edilir.
İsrail lideri ittihamları rədd edir, amma keçmiş apparat rəhbəri şahid qismində ifadə verməyə razılaşandan bəri, Netanyahuya təzyiqlərin artdığı bildirilir.
Oxunub: 192