Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib.
Bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti yayıb.
Məlumatda bildirilir ki, hadisə yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 200-dən artıq əməkdaşı Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə qüvvələri və xüsusi texnikası cəlb olunub: “Yanğının söndürülməsi üçün ETSN və FHN-nin əməkdaşları bütün mümkün vasitələrdən istifadə edirlər. Çəkillmiş mineral şum zolaqlarının mövcudluğuna baxmayaraq, güclü külək alovu zolağın üstündən ataraq yanğını daha geniş ərazilərə yayır”.
Oxunub: 180