Cümə günü Türkiyə Prezidenti Recep Tayyip Erdoğan, Fransa Prezidenti Emmanuel Macron-un onun barədə dediklərini “mənfi qiymətləndirmədiyini” deyib.
Cümə axşamı günü, Fransa prezidenti Emmanuel Macron, Le Point jurnalına verdiyi müsahibədə Türkiyə prezidenti Recep Tayyip Erdoğan-la telefon söhbətlərini misal gətirərək, qlobal səhnənin göründüyü qədər cəlbedici olmadığını deyib.
“Hər 10 gündən bir Erdoğan-la danışmağa məcbur qalan mənəm”, o, əlavə edib.
Cümə günü, Qurban Bayramı namazından sonra jurnalistlərlə danışan cənab Erdoğan “doğrusu mən onun nə demək istədiyini çözmək niyyətində deyiləm. Onu cənab Macron-dan öyrənmək lazımdır” deyib.
“Mənim bildiyim tək bir şey var: danışmaq istəyi onlardan gəlidiyinə görə mən danışmaq istəyini rədd etməyi arzu etmirəm. Çünki dostlarımı çoxaltmaq və bizə mənfi nəzərlə yanaşanları azaltmaq istəyirəm. Lakin mən o jurnala deyilənləri mənfi qiymətləndirmirəm, tam əksinə Türkiyənin prezidentilə danışmağın onlar üçün bir dəyərli addım olduğunu düşünürəm”, prezident Erdoğan vurğulayıb.
Bundan əvvəl məlum olub ki, Emmanuel Macron, prezident Recep Tayyip Erdoğanilə telefonla əlaqə saxlayaraq hazırda Türkiyədə məhbus olan fransalı jurnalistin dərhal azad olunaraq Fransaya göndərilməsini tələb edib.
Bureau, keçən ay Türkiyə-İraq sərhəddindəki Habur qapısından keçərkən həbs olunub.
Oxunub: 830